Nazirlikdən İmişlidəki zəhərlənmə ilə bağlı - Açıqlama

nazirlikden-imislideki-zeherlenme-ile-bagli
Oxunma sayı: 2091

Səhiyyə Nazirliyi İmişlidə pamıq sahəsində baş verən zəhərlənmə hadisəsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Qafqazinfo”ya açıqlamasında xəstəxanaya müraciət edənlər və evə buraxılanların sayında tez-tez dəyişiklik olduğu üçün zəhərlənənlərin dəqiq sayını bilmədiklərini deyib.

S.Əhmədovanın sözlərinə görə, pambıqçılar ürək bulanma, baş ağrısı diaqnozu ilə klinikaya yerləşdiriliblər. Hazırda vəziyyətləri stabildir. Onlardan qan və sidik analizi alınıb və Bakıya laboratoriyaya göndərilib. Analizin nəticələrindən sonra zəhərlənmənin səbəbi bilinəcək.