“Nə olsun qabda aş var, halbuki, gözdə yaş var”

ne-olsun-qabda-as-var-halbuki-gozde-yas-var
Oxunma sayı: 726








Halbuki

Nə olsun çaylar dolub, çaylar dolub nə olsun,
Halbuki, meşə solub, meşə solub halbuki.
Nə olsun, elə dərdlidir, elə dərdlidir, nə olsun,
Halbuki, azad olub, azad olub halbuki.

Nə olsun qabda aş var, qabda aş var, nə olsun.
Halbuki, gözdə yaş var, gözdə yaş var, halbuki.
Nə olsun yol hamardır, yol hamardır, nə olsun.
Halbuki, yolda daş var, yolda daş var, halbuki

Nə olsun gün saçır nur, gün saçır nur nə olsun,
Halbuki qanım donur, qanım donur, halbuki,
Nə olsun göz doymayıb, göz doymayıb, nə olsun.
Halbuki, ömür sönür, ömür sönür, halbuki.

Yanvar 2007

Və lakin

Bu dünyada sevinc də var,
Və lakin - kədərlə birgə.
Səadət – bağrı başadaşdı,
Qəvazvü-qədərlə birgə

Bu dünyada qızıl gül var,
Və lakin – tikanla birgə.
Bülbül aşıq timsalıdı,
Köksündəki qanla birgə

Aydın səma, göy üzü var,
Və lakin - dumanla birgə,
Ümid dolu ürək də var,
Nigaran – gümanla birgə.

Bir də övlad fərhi var,
Və lakin – dərdiylə birgə
Hələ biçilməmiş – zəmi ,
Dolu yağan göylə birgə.

Həyat da var dadlı, şirin,
Və lakin - ölümlə birgə,
Çox acı sözlərim də var,
Çox şirin dilmlə birgə.

Bu dünya bütövdür – guya,
Və lakin – kəsirlə birgə.
Kor-karənə ömür sürür,
İnsan min bir sirlə birgə

Tarix qələmlə yazılıb
Və lakin – qılıncla birgə,
Dua, alqış ərşə dirək,
Qarğışla, qaxıncla birgə,

Quru torpaq adalar var,
Və lakin – dənizlə birgə
Tərpənmir, amma fırlanır,
Dünya – bəndənizlə birgə.

Azadlığa da çıxmışıq,
Və lakin – izinlə birgə.
Sən azadsan - azad olsan
Özünlə, sözünlə birgə.

Fevral 2007