Neftçalada ildırım çobanların arasında düşdü - Ölən var

Neftçalada ildırım çobanların arasında düşdü
Oxunma sayı: 2021

Neftçalada çobanı ildırım vurub.

"Qafqazinfo Report-a istinadən xəbər verir ki, hadisə rayonun Tatarməhlə kəndindəki obada baş verib.

Obada çoban işləyən 1991-ci il təvəllüdlü Gərayev Vaqif Azər oğlunu ildırım vurub. İlkin məlumata görə, çöldə qoyun otaran çobanlar 5 nəfər olublar. İldırım aralarına düşdüyündən zərbədən hamısı yerə yıxılıb. Digər dörd nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb. Lakin V.Gərayevin vəziyyəti ağır olduğundan o, Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V. Gərayev xəstəxanada keçinib.

V.Gərayev əslən Şamaxı rayonundandır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi