“Neftçi” Türkiyədə beynəlxalq turnirə hazırlaşır

neftci-turkiyede-beynelxalq-turnire-hazirlasir
Oxunma sayı: 635

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, 28 yanvar tarixində başlayacaq yarışa fevralın 3-də yekun vurulacaq. Turnirdə 8 komanda iştirak edəcək: "Neftçi" (Bakı, Azərbaycan), "Paxtakor" (Daşkənd, Özbəkistan), Poloniya (Varşava, Polşa), "Metallist" (Xarkov, Ukrayna), "Rapid" (Buxarest, Rumıniya), "Bilis" (Albaniya), "Ordabaşı" (Qazaxıstan), Terek (Qroznı, Rusiya).

Yanvar ayının 26-da turnirdə iştirak edəcək klubların rəhbərləri "Kalista" otelində bir araya gələcək. Bundan 1 gün sonra yarışın püşkatma mərasimi təşkil olunacaq. İlk mərhələdə 8 komanda hərəsində 4 klub olmaqla 2 yarımqrupa bölünəcək. Qrup qalibləri 3 fevral tarixində "Mardan" stadionunda keçiriləcək final oyununda üz-üzə gələcək.
Turnirin təşkilatçılığını "Terek"futbol klubu və Türkiyənin "Enda Tour" şirkəti həyata keçirir.