“Neftçi” Türkiyədə ilk məşqinə çıxdı

neftci-turkiyede-ilk-mesqine-cixdi
Oxunma sayı: 639

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, komandanın ilk məşqi Kundu qəsəbəsində yerləşən "Mardansport" otelinin stadionunda baş tutub.Saat 19:00-da başlanan məşqdə futbolçular isinmə hərəkətlərində sonra kross, koordinasiya və digər hərəkətlər üzərində çalışıblar. Təxminən saat yarım davam etmiş məşq ikitərəfli oyunla yekunlaşıb.

Ceyhun Əhmədov