“Neftçi” yeni ili zirvədə qarşılamaq istəyir

neftci-yeni-ili-zirvede-qarsilamaq-isteyir
Oxunma sayı: 642

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Qəbələ şəhər stadionunda “altılıq”ın son pillələrində qərarlaşmış iki komanda üz-üzə gələcək. Yerli “Qəbələ” “Qarabağ”la qarşılaşacaq. Digər qarşılaşmada son çempion “Neftçi” evdə “Kəpəz”i qəbul edəcək. “Flaqman” bir gün əvvəl “İnter”ə təhvil verdiyi liderliyi geri qaytarmaq üçün bu gün mütləq qələbə qazamalıdır.

Günün son qarşılaşmasında isə çempionluğa iddialı iki komanda üz-üzə gələcək. “Xəzər Lənkəran” “Bakı”nı qəbul edəcək. Son 6 oyunda yalnız 1 qələbə qazanan lənkəranlılar bu oyuna 3 xal üçün çıxır. Elə “zolaqlılar”a da qələbədən başqa nəticə sərf etmir. Bu oyunda qeydə alınacaq heç-heçə isə çempionluğa iddialı olan digər komandaları sevindirəcək.

Qeyd edək ki, bu oyunlar Unibank Premyer-liqasında ilin son oyunlarıdır. 18-ci turdan sonra komandalar qış fasiləsinə yollanacaq.

14:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Əliyar Ağayev
Qəbələ. Şəhər stadionu
Qəbələdəki oyunların balansı: 6 oyun: +1=1-4 (8-9).
2006/07 – 0:2, 2007/08 – 1:2, 2008/09 – 1:2, 2009/10 – 1:1 (təsnifat), 3:1 (“altılıq”), 2010/11 – 2:1 (təsnifat).
İlk dövrədəki oyun – 1:0.

14:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Anar Salmanov, Munis Abdullayev, Knyaz Əmiraslanov, Alik Yunusov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Bakıdakı oyunların balansı: 16 oyun: +10=1-5 (31-17).
1992 – 2:1, 1993 – 2:0, 1993/94 – 0:1, 1994/95 – 0:0, 1995/96 – 3:2 (təsnifat), 2:3 (“altılıq”), 1996/97 – 2:0, 1997/98 – 0:2, 1998/99 – 1:3 (təsnifat), 3:0 (“altılıq”), 1999/00 – 3:1, 2000/01 – 1:0, 2003/04 – 3:0, 2004/05 – 2:0, 2005/06 – 1:2, 2010/11 – 6:2 (təsnifat).
İlk dövrədəki oyun – 1:1.

16:00. “Xəzər Lənkəran” – “Bakı”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Yaşar Abbasov, Teymur Fərhadov
Lənkəran. Şəhər mərkəzi stadionu.
Lənkərandakı oyunların balansı: 9 oyun: +5=3-1 (11-3).
2004/05 – 2:0, 2005/06 – 0:1, 2006/07 – 1:0, 2007/08 – 0:0, 2008/09 – 3:0, 2009/10 – 1:1 (təsnifat), 1:0 (“altılıq”), 2010/11 – 1:1 (təsnifat), 2:0 (“altılıq”).
İlk dövrədəki oyun – 2:2.

Ceyhun Əhmədov