“Neftçi”nin futbolçusu klubu FİFA-ya şikayət edir

neftcinin-futbolcusu-klubu-fifa-ya-sikayet-edir
Oxunma sayı: 1433

“Neftçi”nin gənc futbolçusu ilə problemi yaranıb.

“Qafqazinfo” Futbolinfo.az-a istinadən xəbər verir ki, ötən ilin sentyabrında “Neftçi” ilə müqavilə bağlayan Emin Mahmudovun problemi yaranıb.

Azərbaycana Portuqaliyadan – qarşılıqlı razılaşma əsasında müqaviləsini pozduğu “Boavişta”dan gələn yarımmüdafiəçi sənədlərini qaydasına sala bilmir. İki il öncə millimizdə debüt edən Mahmudovun yalnız xarici pasportu var. O, hələ də Azərbaycan vətəndaşlığı almayıb.

“Saturn”un yetirməsi olan E.mahmudov “Neftçi”yə gəldiyi vaxt 40 min manat alıb. Həmin məbləğ isə klubun büdcəsindən deyil, SOCAR tərəfindən ödənilib. Çünki bu transfer neft şirkətinin birbaşa təlimatı əsasında baş tutub.

“Boavişta”dan ayrıldıqdan sonra 2 ay klubsuz qalan Emini “Neftçi”yə menecersiz götürüblər. AFFA və paytaxt təmsilçisinin baş sponsoru olan neft şirkət mili naminə bu addımı atıb. Problemlər isə bundan sonra başlayıb. Mahmudov həmin müddətdən bəri 1 dəfə də olsun, maaş almayıb. Vətəndaşlıq almalıdı ki, adına VÖEN açılsın, ödəmə edilsin. Bu prosesin icrasını indi nə SOCAR üzərinə götürür, nə də AFFA. Əslində isə məsələnin bu həddə çatması “Neftçi”nin keçmiş rəhbərliyinin məsuliyyətsizliyindən irəli gəlir. Mahmudov maddi vəziyyətinin çətinləşliyini dəfələrlə onların nəzərinə çadırıb və sənədlərinin nizama salınmasını istəyib. Qulaqardına vurublar.

Çıxılmaz durumda qalan yarımmüdafiəçi federasiyaya xəbərdarlıq edib ki, problem qısa müddətdə çözülməsə, “Neftçi”dən FİFA-ya şikayət məktubu göndərəcək və müqaviləsini birtərəfli şəkildə pozacaq.