“Neftin 150 dollara qalxmasına imkan verilməməlidir” - Ələkbərov

neftin-150-dollara-qalxmasina-imkan-verilmemelidir
Oxunma sayı: 1988

Hasilatın azaldılması ilə bağlı razılaşmadan sonra neftin qiyməti sabitləşməlidir, lakin neftin sıçrayışlı qiymət artımına, yəni barrelinin 150 dollara qalxmasına imkan vermək olmaz.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Lukoyl” prezidenti Vahid Ələkbərov Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib:

“Elə hiss yaranır ki, sanki neft istehsal edən ölkələri artıq 70 dollar da qane etmir. Biz qiymətləri normasına – 2011-2012-ci illərdəki səviyyəsinə çıxarmalıyıq, daha sonra tədricən bu müqavilədən geri çəkilməliyik. Biz qiymətlərin yenidən sıçrayışla qalxmasına yol verməməliyik. Barrelin 140-150 dollar olduğu vaxtlardakı kimi”. 

Ələkbərov xatırladıb ki, neftin qiyməti kəskin düşdükdən sonra ölkələri 50 dollara qədər artım da qane edirdi.