Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 1,52 faiz bahalaşaraq barelli 68,81 dollara yüksəlib.
Nyu-York birjasında WTI markalı neftin fevral fyuçersi isə 1,99 faiz bahalaşaraq barelli 62,96 dollar olub.
Qeyd edək ki, WTI sonuncu dəfə 2014-cü ilin dekabrında 63 dollar olub.