Nejat İşler xəstəxanadan çıxdı- - Fotolar

nejat-isler-xestexanadan-cixdi-
Oxunma sayı: 2443


 “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkədə Cihangirdə bir restoranda olduğunu  bildirən aktyorun yanına ilk öncə keçmiş sevgilisi  Berrak Tüzüntaç, daha sonra isə dostları gəlib.  Bir müddət öncə barmaqlarının kəsiləcəyi haqda xəbərlər yayılan İşlerin barmaqlarının göyərdiyi, saçlarının  töküldüyü, üzünün şişdiyi və sağ əlinin işləmədiyi diqqətdən qaçmayıb. Yalnız su içən aktyor sağ əlini işlədə bilməsə də,  müalicədən sonra səhhətinin normallaşacağını bildirib.

"Qafqazinfo" bu məqamda istedadlı aktyor və azərbaycanlı tamaşaçıların ən çox "Deniz" obrazı ilə sevdikləri Nejat İşlerin "Aliyə" serialından bir fraqmentini təqdim edir: