“Nəsimi ili” münasibəti ilə keçiriləcək tədbirlərə start verildi - Foto

“Nəsimi ili” münasibəti ilə keçiriləcək tədbirlərə start verildi
Oxunma sayı: 388

Azərbaycan Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli, 689 nömrəli və 2019-cu ilin Azərbaycan Respublikasında “ Nəsimi ili” elan edilməsi haqqında 2019-cu il 11 yanvar tarixli, 886 nömrəli Sərəncamlarının icrası ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə tədbirlər planı təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirlər planında rayonda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini gənc nəslə sevdirmək, klassik irsə məhəbbət aşılanması üçün silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

İstedadlı gənclər arasında Nəsimi qəzəllərindən ibarət “ Nəsimi” müsabiqəsinin, gənc musiqiçilərin iştirakı ilə Nəsiminin qəzəllərini ifa etməklə “Muğam” müsabiqəsinin keçirilməsi, rəsm əsərləri, ən yaxşı ədəbi-bədii kompozisiyalar və referatların hazırlanması üçün müsabiqə elan edilmiş və ilin sonunadək keçiriləcək tədbirlərdə qaliblərin müəyyənləşdirilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin əsərləri Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərənacamına əsasən kütləvi tirajla nəşr olunub. 1979-cu ildə Bakı şəhərinin Nəsimi rayonunda Nəsiminin heykəli ucaldılıb.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasının professoru Yaqub Babayev dahi şair Nəsiminin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat verib, şairin qəzəllərindəki fəlsəfi fikirlərdən nümunələrlə tədbir iştirakçılarını tanış edib. 

 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi