Nəsimi rayonunda 1000 ağac əkildi - Fotolar

nesimi-rayonunda-1000-agac-ekildi
Oxunma sayı: 1576

Bu gün Nəsimi rayonunda iməcilik ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aksiyada rayon icra hakimiyyətinin rəhbərliyi, müxtəlif idarə və təşkilat nümayəndələri iştirak ediblər.

İməclikdə rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində 1000-dən artıq şam və sərv ağacları əkilib, 2000-dən artıq ağaca isə quluq edilib.

Rayonun 4-cü mikrorayon ərazisində yerləşən 147 saylı uşaq bağçası –körpələr evinin və “Qərənfil” uşaq bağçası - körpələr evinin həyətlərində müxtəlif növ meyvə ağacları əkilib. Uşaqların ifasında şən musiqi nömrələri ifa olunub.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olub.