Nəsimi rayonunda Beynəlxalq Sülh günü qeyd olundu - Fotolar

nesimi-rayonunda-beynelxalq-sulh-gunu-qeyd-olundu
Oxunma sayı: 1362

Nəsimi rayonu 5 nömrəli tam orta məktəbdə “21 sentyabr – Beynəlxalq sülh günü” ilə əlaqədar tədbir keçirilib.

“Qafqazinfo”nun  məlumatına görə, tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva cıxış edərək Azərbaycanın sülhsevər ölkə kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edildiyini və bu səbəbdən multikulturalizm və tolerantlıq mövzularında beynəlxalq konfransların məhz ölkəmizdə keçirildiyini diqqətə  çatdıraraq qeyd etdi ki, qüdrətli və güclü orduya malik Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çalışır və bütün dünyaya sülhün carçısı olduğumuzu əsaslı dəlillərlə sübut edir.

Tədbir 5 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya, mahnı və rəqslərlə davam edib.