Nəsimidə “Son zəng”

nesimide-son-zeng
Oxunma sayı: 1089

Dünən Nəsimi rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq “Son zəng” tədbirləri təntənəli şəkildə qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, 23 və 211 saylı tam orta məktəblərdə keçirilən “Son zəng” tədbirində iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləyib.