Netanyahu Qəzzada baş verənlərə belə haqq qazandırdı

netanyahu-qezzada-bas-verenlere-bele-haqq-qazandirdi
Oxunma sayı: 1784

Baş nazir Binyamin Netanyahu İsrail əsgərlərinin blokadaya aldığı Qəzzada 55 nəfər fələstinlini öldürməsini “özünümüdafiə” adlandırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkədə Qəzzada baş verənlərlə bağlı status paylaşan baş nazir hər ölkənin öz sərhədlərini qorumaq məcburiyyətində olduğunu yazıb:

“Həmas İsraili yox etməyə çalışır. Bu məqsədlə də minlərlə insanı sərhəddi keçməyə vadar edir. İsrail əsgərləri də sərhəddi qoruyur”. 

Netanyahu İsrail vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün eyni şəkildə hərəkət etməyə davam edəcəklərini deyib.

Nuranə