Nez 3-cü dəfə boşandı

nez-3-cu-defe-bosandi
Oxunma sayı: 1670

“Sakın ha” mahnısı ilə ulduzu parlayan tanınmış müğənni Nez üçüncü dəfə boşanıb. “Qafqazinfo” xəbər verir ki, İngiltərədə Eylem Server Ünüvara ərə gedən sənətçi rəsmi şəkildə ailə həyatına son qoyub. O, mövzu ilə bağlı “Hürriyet” qəzetinə açıqlama verib:

“Bu gün boşandım. Evlilik hörmət üzərində qurulmalıdır. Nikahdan sonra Londona kpçdüm. Amma 10 ay sonra Türkiyəyə qayıtdım və boşanmaq qərarına gəldim. Xarakterlərimiz uyğun gəlmədi. İndi sotluq münasibətlərimiz davam edir”. 

Qeyd edək ki, cütlük 2016-cı ilin noyabrında E.Ünüvar ilə evlənib, bir il sonra ayrılmaq barədə qərara gəlib.  Müğənni bundan əvvəl 2007-ci ildə Berna Nuri, 2011-ci ildə isə Yasin Kara ilə nikah bağlayıb.