Nura Suri “makler” olub

Nura Suri “makler” olub
Oxunma sayı: 246

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Nura ATV-nin “10-lar” verilişinə müsahibəsində deyib. Müğənninin sözlərinə görə, o bu işdən böyük zövq alırmış: “Coxmərtəbəli binalar tikilməyə başlayanda mən o binaya pul qoyub pay alırdım. Bina tam hazır olandan sonra isə həmin mənzilləri satıb böyük gəlir əldə edirdim. Bu işə çox həvəsim var idi. Eyni zamanda həmin vaxt pulum çox idi və bu yolla da gəlir əldə edirdim. Mən dünyaya gələndən yox nədir bilməmişəm. Varlı ailədə doğulmuşam, varlı ailəyə də gəlin köçmüşəm. Hər oğlum dünyaya gələndə onların adına bir neçə ev alırdıq. Amma həyat yoldaşımdan ayrılandan sonra mən pulsuzluğun nə demək olduğunu anladım. Altı ay tərki-dünya olub evə qapandım. Nəhayət öz ayaqlarım üstündə durmağı bacardım, övladlarıma görə durmadan çalışdım. İndi şükür Allaha ki ailəmin bütün problemlərini kişi kimi özüm həll edirəm və bundan da zövq alıram. Ona görə də bir vaxtlar “heç vaxt toylara getmərəm” sözümün üstündə dayanmayıb, toylara da getməyə məcburam”.

Nura müsahibəsində bir sıra məqamlara da toxunub, Stilist Samirə, onu zövqsüz adlandırmasına görə təşəkkürünü bildirib.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi