“O, İlham Əliyevlə telefon danışığında...”

o-ilham-eliyevle-telefon-danisiginda
Oxunma sayı: 4087



"Qafqazinfo" milli.az-a istinadən xəbər verir ki, Türkmənistanın Azərbaycanla münasibətində yeni dinamizm baş tuta bilər. Avropa Komissiyasının sədri J.M.Barrozu yaxın vaxtlarda Aİ-nin Şərq tərəfdən, amma Rusiyadan olmayan qaz alacağını bildirdi. O, Azərbaycanı nəzərdə tuturdu. Qərblə Rusiya arasında Ukrayna məsələsinə görə qarşıdurmanın belə sərt dönəmində, görünür, Aİ Türkmənistan qazı uğrunda da mübarizəni sərtləşdirəcəkdir, Türkmənistanın Xəzər sektorundakı qazının Avropaya nəqlində əsas söz Azərbaycana məxsusdur.

Azərbaycan sübut etdi ki, öz qazını Avropaya çıxarmaq iradəsinə və imkanına malikdir. Azərbaycan Prezidenti ilə telefon danışığında Türkmənistan prezidentinin əsas hədəfi də türkmən qazının Azərbaycan-Türkiyə marşurutu üzrə Avropaya çatdırılmasının sürətləndirilməsinin müzakirəsidir. Azərbaycan və Türkmənistan prezidentlərinin telefon danışığından sonra Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov Bakıya səfər etdi. Azərbaycan Prezidentini Türkmənistana dəvət etdi. Dəvət qəbul olunub. Azərbaycanla Türkmənistan arasında münasibətlərin yeni dinamikası yeni geosiyasi vəziyyətə təsadüf edir. Rusiyanın təzyiqləri yeni səviyyəyə çata bilər. Bunu Avropa Komissiyasının sədri J.M.Barrozu da etiraf edir. RF Qafqazda müəyyən qədər ehtiyatlı siyasət aparsa da, Mərkəzi Asiya regionundakı siyasəti daha kəskin ola bilər. Rusiya rakursundan baxdıqda Cənubi Qafqazın və Mərkəzi Asiya regionlarının təhlükəsizlikləri tamam fərqli müstəvilərdədir.

Reallıq Türkmənistandan ciddi düşünüb qərar qəbul etməyi tələb edir.

Ermənistanı strateji müttəfiq kimi qəbul etmək düşüncəsi ilə Türkmənistan işləri indiki səviyyədə saxlaya bilər. Ermənistanla dostluq etmək oğrunu evə qonaq dəvət etmək deməkdir.

Ermənistan rəsmiləri Türkmən mavzoleylərinin Ermənistan ərazisində olduğunu etiraf ediblər. Türkmənistanın prezidenti Q.Berdımuhammedov həmin abidələri ziyarət edib. Ermənistanın öz ərazisində türkmən mavzoleylərinin olmasını etiraf etməsi indiki Ermənistan ərazisinin ermənilərə məxsus olmadığnı göstərən ən mühüm sübutlardan biridir. Amma bir dəfə də olsun türkmən rəhbərləri ermənilərə bu torpaqların ermənilərə məxsus olmadığunu deməyiblər. Dağlıq Qarabağ məsələsində neytrallığa görə Q.Berdımuhammedovun təşəkkür qəbul etməsini başa düşmək çətindir.Türkmənistanda bilirlər ki,indi Ermənistan adlanan ərazi ermənilərə məxsus deyil. Bu həm də Dağlıq Qarabağın da ermənilərə məxsus olmadığı deməkdir.

Türkmənistan bu vaxtadək qaz kəmərlərinin diversifikasiyasında, təhlukəsizliyində və etibarlı bazarın əldə edilməsində faydalı nəticə əldə edə bilməyib. İndiki həssas dövr ardıcıllıq, prinsipiallıq və dözümlülük tələb edir.