“Oba”dakı kassadan pul götürüb getdi

obadaki-kassadan-pul-goturub-getdi
Oxunma sayı: 1721

Bakıda marketlər şəbəkəsinin Xətai rayonunda yerləşən mağazasına basqın olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iyulun 17-i saat 17 radələrində naməlum şəxs Gəncə prospektində yerləşən “Oba” marketə daxil olaraq kassadan 280 manat götürərək dövlət nömrə nişanı olmayan ağ rəngli “Kia Sportage” markalı avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Murad Əhməd