Obamaya göndərilən ən dəyərli hədiyyə

obamaya-gonderilen-en-deyerli-hediyye
Oxunma sayı: 639

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ XİN-i prezident Barak Obama və xanımı Mişel Obamaya göndərilən ən dəyərli hədiyyəni açıqlayıb. Hesabata görə, ən dəyərli hədiyyələr Fransanın eks prezidenti Nikola Sarkozi və “First Lady” Karla Brunidən gəlib. Cütlüyün Obama ailəsinə verdiyi hədiyyənin dəyərinin 41 min dollardan artıq olduğu bildirilir.

Qeyd edək ki, XİN ildə və ya iki ildə bir dəfə dövlət başçılarının ABŞ-ın rəsmi şəxslərinə göndərdikləri hədiyyələrin hesabatını hazırlayır. Bu hədiyyələrin əksəriyyəti Milli Arxiv bölməsində saxlanılır.