Öcalandan önəmli müraciət

ocalandan-onemli-muraciet
Oxunma sayı: 634

Qafqazinfo “Media forum”a istinadən xəbər verir ki, Abdulla Öcalan müraciətində Türkiyənin dəyişməkdə olduğunu, kürdlərin öz hüquqları uğrunda siyasi mübarizə aparmaq imkanı əldə etdiyini vurğulayıb: “Bizim mübarizəmiz haqsızlığa, baxımsızlığa, basqılara qarşı olub, hər hansi irqə, məzhəbə, qrupa yönəlməyib. Bundan sonra da belə olacaq. Bu gün artıq yeni bir Türkiyəyə, yeni bir Orta Şərqə, yeni bir gələcəyə gedirik. Yeni bir zaman başlayır. Silahlı mücadilədən demokratik siyasətə qapı açılır. Artıq silahların susma, fikirlərin danışması nöqtəsinə gəldik. Silah deyil, siyasət önə çıxır”.