Odlar Yurdu Kolleci tələbə qəbulu elan edib

odlar-yurdu-kolleci-telebe-qebulu-elan-edib
Oxunma sayı: 12280

2017/2018-ci tədris ilinin ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul prosesinin I mərhələsi sona çatıb.

"Qafqazinfo" xəbər verir ki, Odlar Yurdu Kolleci 2017/2018-ci tədris ilinin ümumi (9 illik) orta təhsil bazasında qəbul prosesinin ikinci mərhələsi üçün aşağıdakı ixtisaslara tələbə qəbulu elan edib.

2017-2018 ci tədris ili üçün Odlar Yurdu Universitetinin Odlar Yurdu Kollecində qəbul aparılacaq ixtisaslar.

Ümumi orta təhsil bazasından əyani (IX illik), tam orta təhsil bazasından (XI illik) isə əyani və qiyabi (Kompüter  şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti ixtisası istisna olmaqla) şöbələrə qəbul aparılır.

1.040404Bank işi

Bank işi ixtisası, bank, maliyyə, biznes, sahibkarlıq, statistika, siğorta, birja, gömrük və s sahələrdə sizə təməl iqtisadi bilikləri verir. Siz, sözügedən sahələrlə bağlı özəl və dövlət sektorlarında mövqe tuta bilərsiniz. 

2.040401Mühasibat uçotu

3.040402Maliyyə işi

Maliyyə ixtisasını bitirmiş tələbələr maliyyənin planlaşdırılması, proqnozlaşdırılması, tənzimlənməsi, idarə və təşkil edilməsi ilə və həmçinin makro və mikro səviyyədə aparılan pul-kredit, fiskalsiyəsətin tədbirlərinin həyata keçirilməsi ilə məşğul olurlar.

4.040407 Menecment

Menecment ixtisası müəssisə idarəçiliyini və onun effektiv idarəolunması yollarını öyrənir. Ümumilikdə menecerlərin səlahiyyət və öhdəlikləri müəssisənin fəaliyyət forması və növündən asılı olaraq dəyişir.

5.040410 -Bələdiyyə təsərrüfatının təşkili

6.040103 Peşə təlimi(informatika,dizayn,nəqliyyat istiqamətləri)

Pedaqoji fəaliyyət üzrə:

«Peşə təlimi» ix­tisası üzrə subbakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

pedaqoji;

istehsalat-pedaqoji;

təşkilati-inzibatçılıq və s. 

7.040545 Kompüter  şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti

8.040714 Turist mehmanxana təsərrüfatının təşkili və idarə olunması

Turizm və otelçilik ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının, otellərin fəaliyyətini öyrənir.

*Peşə təlimi və kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti ixtisaslarında təhsil alan tələbələr universitetimizin ən yüksək səviyyəli texnoparkında iş yerləri açmaq qabiliyyəti olan sənətkar-mütəxəssis kimi formalaşma imkanına malik olurlar .

Odlar Yurdu  Kollecinin fənn proqramları Odlar Yurdu Universitetinin uyğun ixtisaslarının fənn proqramlarına inteqrasiya olunur. Tələbələrimiz, təhsillərini məhs Odlar Yurdu Universitetində davam etdiyi zaman, əla qiymətlər aldıqları  fənlərdən  azad edilirlər və nəticədə kolleci müvəffəqiyyətlə bitirənlər, universitetdə həmin ixtisası qısa müddətdə bitirmə imkanına malik olurlar. Bütün bunlar Odlar Yurdu kollecini bütün digər kolleclərdən fərqləndirir və üstün edir .Odlar Yurdu universiteti ölkəmizin ən böyük maddi texniki bazasina  malik nüfuzlu universitetlərindən biridir, Kollec də Universitetin bazasında yerləşdiyi üçün Kollecimizin tələbələri bütün yaradılan maddi texniki bazadan istifadə etmək hüququna malikdirlər , Tələbələrimiz onlara yaradılan bu şəraitin fərqindədir və bu onlara çox böyük stimul verir .

Təhsil haqqı əyani təhsil üzrə 900 AZN qiyabi təhsil üzrə 800 Azn təşkil edir. Odlar Yurdu Kollecində təhsil haqqını hissə hissə ödənilməsi üçün şərait yaradılıb.