“Qu gölü”ndə hər iki günə bilet tükəndi - Video

qu-golunde-her-iki-gune-bilet-tukendi
Oxunma sayı: 565

Heydər Əliyev Sarayında Akademik Opera və Balet Teatrının təqdimatında dünya balet sənətinin məşhur incilərindən olan Pyotr Çaykovskinin “Qu gölü” baleti “Mariinski” Teatrının aparıcı solistləri tərəfindən tam anşlaqla təqdim edilib. 

“Qafqazinfo” xəbər verir ki, Odetta - Odiliya obrazını Sankt-Peterburqun “Mariinski” Teatrının prima-balerinası Oksana Skorik, Ziqfrid obrazını “Mariinski” Teatrının aparıcı solisti, Azərbaycan Respublikasının Əməkdar artisti Timur Əsgərov, Rotbart obrazını - Ağamir Mirzəyev, Təlxək obrazını - Miraydın Abdullayev, Pa-de-trua - Ayan Eyvazova, Liana Praga, Timur Oduşev, balaca qu quşları Yuliya Ferştandt, Leyla Narimanidze, Səbinə Hacıdadaş, Dinara Məmmədova, böyük qu quşları - Liana Praga, Əməkdar artist Elmira Süleymanova, Səbinə Məmmədova ifa edib.  

Dekabrın 19-na biletlər qısa müddətdə bitdiyindən, tamaşa ikinci gün də - dekabrın 23-də də təqdim olunacaq. Amma dekabrın 23-nə olan tamaşaya da biletlər artıq tükənib.