TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov təcili yardımla gətirilən xəstələrin xəstəxanalara yerləşdirilməsi ilə bağlı problemə toxunub.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Əsasən reanimasion xəstələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlərimiz var. Bakıda reanimasion xəstələrin qəbul yükü TƏBİB-in üzərindədir. Hər bir xəstəxanada isə bəlli reanimasion çarpayı limiti var. Çarpayı sayını artırmaq üçün isə şöbələrin şəraiti dəyişilməlidir, oksigen təminatı olmalıdır. Bu, təcili yardım resursumuzun düzgün istifadə olunmamasına gətirib çıxarır. Misal üçün deyim ki, Yeni Klinikada reanimasiya çarpayı sayı 14-dür. Bu, COVID dövründə də belə olub. Bakıda əhali sayı artıb, reanimasion çarpayı sayının azlığı bizə də bəllidir. Biz bu problemi həll etməyə çalışırıq”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər