“Ofisait”dan video yarışma

ofisaitdan-video-yarisma
Oxunma sayı: 846

“Ofisait” mağazalar şəbəkəsi “Videonu çək, hədiyyəni qazan” adlı yarışma elan edir!

“Qafqazinfo” xəbər verir ki, “Ofisait”dən verilən məlumata görə, 15 İyul tarixindən etibarən başlayacaq bu yarışma yeni tədris ilinə qədər dəvam edəcək. Müsabiqədə iştirak şərtləri belədir:

Oyalın (Assis, Quicksin) ən sevdiyiniz və istifadə etdiyiniz məhsulları haqqında “onu nə üçün seçdiyinizi, ən çox bəyəndiyiniz tərəflərini ” izah edən kiçik video icmal çəkib, göndərir və öz instagram hesabınızda #ofisaitvideo #ofisait #oyal hashtagı ilə paylaşaraq OFİSAİTi tag edirsiniz. Qeyd edək ki, profiliniz hamıya açıq olmalıdır. Ən çox bəyənilən ilk 3 video sahibləri Ofisaitdan hədiyyəlik kartları ( 100 AZN, 70 AZN, 50 AZN dəyərində) qazanacaqlar, eyni zamanda qalib şəxslərin videoları OFİSAİT Youtube kanalımıza yüklənəcəkdir.

Yarışma ilə bağlı daha ətraflı məlumat almaq üçün 012 310 43 10 nömrəli Məlumat Mərkəzindən, həmçinin “Ofisait”in Facebook və Instagram səhifələrindən əldə etmək olar.

Qeyd edək ki, OYAL brendi 23 ilə yaxındır ki, Azərbaycan bazarında “Məktəbli Arzuları” devizi ilə nəinki məktəblilərin, eyni zamanda tələbələrin, iş adamlarının və valideynlərin sevimlisinə çevrilmişdir.

Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.