Oğlan və qız evi arasında kütləvi dava - 6 yaralı+Fotolar

oglan-ve-qiz-evi-arasinda-kutlevi-dava-
Oxunma sayı: 10528

 

Bərdə rayonunda toyda qız və oğlan evi arasında dava düşüb. 

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən "Nəşricahan" şadlıq sarayında rayonun Gərənə kənd sakini Müşfiq Allahverdi oğlu Məmmədovun toy mərasimində qeydə alınıb.

İlkin məlumatlara görə, hadisə toyda oynamaq üçün musiqi sifarişi üstündə baş verib. Qız və oğlan evi arasında baş verən davada gənclər bir-birinə xəsarət yetiriblər. Təxminən 20-ə yaxın gəncin iştirak etdiyi kütləvi davada 6 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, dava səbəbindən Müşviq və Arzunun toyu yarımçıq dayandırlaraq vaxtından əvvəl başa catıb.