Oğru qadın yaxalandı

ogru-qadin-yaxalandi
Oxunma sayı: 644

Nəsimi RPİ CAŞ və 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Könül Şirəliyeva iyulun 27-də tutulub.

İyulun 26-sı saat 15:30 radələrində Biləcəri qəsəbəsində Elmir adlı şəxs müştəri qismində Bakı şəhər sakini Əhməd Novruzquliyevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobilə oturub, A.Məhərrəmov küçəsində yumruqla sürüsünün sifət nahiyəsindən vurmaqla 79 manatını əlindən alıb. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Biləcəri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elmir Kərimov iyulun 27-də yaxalanıb.

Aprelin 16-sı saat 05:10 radələrində M.Hadi küçəsində naməlum şəxs Bakı şəhər sakini Raqif Hacıyevin taksi kimi idarə etdiyi “VAZ-2107” markalı avtomobilə əyləşərək Vidadi küçəsində onu hədələyib pul tələb edib. Daha sonra R.Hacıyevi düşürdərək avtomobili qaçırıb. Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Osmanov iyulun 27-də yaxalanıb.

Yasamal RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Samir Əhmədov iyulun 27-də tutulub.