Oğrular tutuldu

ogrular-tutuldu
Oxunma sayı: 649

Dekabrın 18-nə keçən gecə Bakı şəhər sakinləri - Vüqar Babayev və Kamal Mirəliyev Ə.İsgəndərov küçəsində Elvin Məmmədova məxsus «VAZ-2107», H.Seyidzadə küçəsində isə Vaqif Musayevə məxsus «VAZ-21043» markalı avtomaşınlardan açarseçmə yolu ilə maqnitafon oğurladıqları üçün Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulublar.

Dekabrın 16-sı saat 01:00 radələrində Savalan Sadıxov işlədiyi, A.Şaiq küçəsində yerləşən avtoyuma məntəqəsindən Hacı Orucova məxsus «Toyota» markalı avtomaşını qaçırmış, saat 02:00 radələrində Sabunçu rayonu ərazisində avtomaşını maneəyə vuraraq, hadisə yerində atıb qaçıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşını qaçırmaqda şübhəli bilinən, Qobustan rayon sakini S.Sadıxov dekabrın 18-də tutulub.