Oğurlanmış hərbi hissə komandiri Sevastopolda həbsxanaya salınıb

ogurlanmis-herbi-hisse-komandiri-sevastopolda-hebsxanaya-salinib-
Oxunma sayı: 866


“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə,  bu barədə Yuliy Mamçurun həyat yoldaşı bildirib.  

Onun sözlərinə görə, Y.Mamçur ona zəng edərək həbs olunduğunu və Sevastopoldakı hərbi həbsxanaya gətirildiyini bildirib. Bu sözləri dedikdən dərhal sonra telefon əlaqəsi kəsilib.  

Bundan əvvəl Yuliy Mamçurun Rusiya hərbçiləri tərəfindən oğurlandığı bildirilirdi.

Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznev bildirib ki,  Yuliy Mamçuru sonuncu dəfə aviabazaya edilən hücumdan sonra, hərbi geyimdə olan naməlum şəxslə söhbət edərkən görüblər. 

Qeyd edək ki, martın 22-də Rusiya ordusu Ukraynanın Belbek şəhərindəki hərbi hissəsini ələ keçirib.

Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin Aleksandr Pokrışkin adına 204-cü taktiki aviasiya briqadasının ərazisinə həyata keçirilmiş hücum zamanı KİV əməkdaşı və Ukrayna hərbçisi yaralanıb.

“Rusiya xüsusi təyinatlıları, ənənəvi olaraq, Ukrayna hərbçilərinə ultimatum irəli sürüb, sonra isə silah və işıq-səs qumbaralarından istifadə edərək, hərbi texnikanın köməyi ilə darvazanı uçurub hərbi hissənin ərazisinə daxil olublar. Hücum zamanı mətbuat nümayəndəsi və Ukrayna hərbçisi bədən xəsarətləri alıb, yaralılar “təcili yardım” maşını ilə xəstəxanaya aparılıb”, deyə açıqlamada bildirilib.  

Nəticədə, Ukrayna hərbçiləri silahı hərbi hissədəki silah və döyüş sursatı saxlanılan otağa təhvil verərək Ukrayna dövlət himnin sədaları altında hərbi hissəni tərk etməyə məcbur olublar.