Oksana rəqqasəlik etməyəcək?

oksana-reqqaselik-etmeyecek
Oxunma sayı: 1381

Rəqqasə Oksana Rəsulova karyerasını bitirməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib. “Qafqazinfo”nun məlumatına görə, o, bu barədə “X maqazin” proqramına danışıb. 

Oksana problemlərlə üzləşdiyindən rəqs məktəbini bağladığını qeyd edib: “Rəqs məktəbimi üç dəfə su basdı. Qarşısını almaq üçün bir neçə dəfə addım atdım, daha sonra oranı bağladım. Dedim, bu yer mənlik deyil. Özüm rəqs edəcəm. İstəyirəm ki, gələcəkdə konsert verim. Bununla da, yaradıcılığımın nöqtəsini qoymağı düşünürəm”.