Ombudsman səfirliklərin köməkliyi ilə İrəvanı tərk edə bilib

ombudsman-sefirliklerin-komekliyi-ile-irevani-terk-ede-bilib
Oxunma sayı: 1353


“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya ombudsmanın ailəsinin şəxsi vəkili Dorian Pıkeleu məlumat verib.

 Vəkilin sözlərinə görə, Ermənistan paytaxtında otellərin birində gizlənən ombudsmanın təhlükəsizliyinin təmin olunması üçün Moldova tərəfi diplomatik qaydada Rumıniya və Gürcüstanın Ermənistandakı səfirliklərinə müraciət edib. Bu ölkələrin səfirliklərinin təmsilçilərinin köməkliyi ilə A.Qriqoriu İrəvan hava limanına aparılıb və o, artıq Ermənistanı tərk edib: “Bu işdə ona yardım edən Gürcüstan və Rumıniya səfirliklərinin nümayəndələrinin diplomatik toxunulmazlıq statusu var, ombudsmanın təhlükəsizliyi tam təmin olunub. Lakin onun hansı istiqamətdə aparıldığı açıqlanmır. Məndə olan məlumata görə, A.Qriqoriu artıq Ermənistanı sağ-salamat tərk edib”.