“Ona görə burdayıq ki, Ukraynada terror olmasın” – - Rus əsgər

ona-gore-burdayiq-ki-ukraynada-terror-olmasin-
Oxunma sayı: 1265


"Siz hansı ordunun əsgərlərisiz" sualına rus əsgəri "Özünüz tapın" cavabını verib. Ukraynalı jurnalist isə yenidən sualı təkrar edərək, ondan dəqiq cavab istəyib. Rus əsgəri isə ona sualla cavab verib: "Siz haradan gəlmisiniz?". 

Qarşı tərəf isə "Biz ukraynalı jurnalistlərik!" deyərək, əvvəl verdikləri suala cavab istəyiblər.

- Biz Rusiyadanıq. 

- Rusiya əsgərləri Ukrayna ərazisində nə edirlər?

- Biz ona görə burdayıq ki, Ukraynada heç bir terror hadisəsi olmasın. 

- Sizə kimsə bu haqda informasiya verib ki, burda terror olacaq?.

- Yox. Sizin burda çəkiliş aparmaq hüququnuz yoxdur.

- Biz müstəqil ölkənin azad jurnalistiyik. Ona görə də ölkənin istənilən yerində çəkiliş aparmaq hüququmuz var.

- Bizə sizə cavab verməyə icazə vermirlər. 

- Onda deyin görək, burda neynirsiz? Bura neçə silah və əsgərlə gəlmisiniz?

- Mən sizə yenə deyirəm ki, burda çəkilş aparmaq olmaz. Yaxınlaşırsız, qəribə-qəribə suallar verirsiniz.

- Sizin paltarlanızda nəyə görə, heç bir nişan yoxdur. Hansı ölkənin əsgərlərisiz. Rusiyanın yoxsa Ukraynanın?

- Rusiyanın.

- Onda Ukraynanın ərazisində neynirsiz? Heç olmasa buna cavab verə bilərsinizmi?

Rus əsgər bu suala cavab verməyərək, arxasını jurnalistlərə çevirib... 

bizimyolinfo.com