“Onlar dərhal həmin təşkilatı məhkəməyə verməlidirlər”

onlar-derhal-hemin-teskilati-mehkemeye-vermelidirler
Oxunma sayı: 639

Bunları “Azadinform”a müsahibəsində Milli Məclisin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib. Millət vəkili qeyd edir ki, bu hallar xüsusilə də özəl sektorda baş verir.

Həm özəl sektorda, həm də “Dövlət qulluğu” haqqında qanuna görə bəzi strukturlarda işə götürmə ilə bağlı bəzi qabiliyyətlərə üstünlük verilir ki, bu da adətən həbsdən çıxmış insanlar üçün problem ola bilər. Amma ümumilikdə işə götürmə ilə bağlı keçmiş məhkumlara ayrı-seçkiliyin qoyulmasına Azərbaycan qanunvericiliyi icazə vermir” - deyə Ç.Qənizadə vurğulayıb. Hüquq müdafiəçisi deyir ki, keçmiş məhkumlar bununla bağlı problemlə rastlaşdıqları zaman dərhal reaksiya verməlidirlər, çünki hüquq onların tərəfindədir. “Müraciət etdikləri təşkilatlar onları keçmiş məhkumluğuna görə işə götürmürlərsə, onlar dərhal həmin təşkilatı məhkəməyə verməlidirlər” - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanda həbsdən çıxmış vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı kifayət qədər QHT olmasına baxmayaraq, onların fəaliyyətləri çox zəifdir. “Əslində, bu problemlərin aradan qalxmasına ictimai dəstək şəklində nail olmaq olar, nəinki qanunda yenidən dəyişiklik etməklə. Çünki qanunvericilik bazası bu istiqamətdə yetərlidir, sadəcə olaraq, QHT-lər bu sahədə lazımı qədər fəal olmaldıırlar” - deyə millət vəkili əlavə edib.