“Onun neçə yaşı var?” - Ajda dünya gündəmində

“Onun neçə yaşı var?”
Oxunma sayı: 3085

Türkiyənin super starı Ajda Pekkan İngiltərə mətbuatının gündəmini zəbt edib. “Qafqazinfo” xəbər verir ki, “Daily mail” qəzeti  instaqramda paylaşdığı foto ilə gündəmə gələn pop ulduz barəsində məqalə dərc edib. 

“Onun neçə yaşı var?” başlıqlı xəbərdə 71 yaşı olmağına baxmayaraq hər kəsi özünə heyran qoyan Ajdadan bəhs edilir. Qeyd olunur ki, o, gənc qalmağının sirrini idmanda görür. 

Yazılıb ki, Pekkan İsveçrədə qocalmağa qarşı xüsusi masajlara gedir və bol su içir. Qəzetdə müğənninin ana olmaq istəyi barədə də məlumat verilib.  

Bildirilir ki, Pekkan ABŞ və Hindistanın bir çox həkimlərinə müraciət edib. 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi