Ordudan qaçan əsgər 35 il sonra ələ keçdi

ordudan-qacan-esger-35-il-sonra-ele-kecdi
Oxunma sayı: 3483

1983-cü ildə ABŞ-ın Hərbi Hava Qüvvələrindən fərarilik edən Uilyam Hovard Hyuqes 35 il sonra tapılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş əsgər Kaliforniyada həbs edilib. Başqa adla şəxsiyyət vəsiqəsindən istifadə edən Uilyam polis sorğusu zamanı əsl kimliyini də etiraf edib. O, hərbi xidmətdə olduğu zaman dövlət əhəmiyyətli mühüm sirləri bilditini, ancaq depressiyada olduğu üçün fərarilik etdiyini, illərlə isə Kaliforniyada yaşadığını boynuna alıb.

Hyuqes gizli məlumatları bildiyi üçün ABŞ-ın Hava Qüvvələrinin axtarışda olanlar siyahısında ən üst sırada yer alan 7 nəfərdən biri olub.