Oruc tutanın günün çox hissəsini yatması düzgündürmü?

oruc-tutanin-gunun-cox-hissesini-yatmasi-duzgundurmu
Oxunma sayı: 1777


Cavab: Orucun düzgün olması üçün zahiri ehkamına əməl edilməsi kifayətdir. Yəni gün ərzində orucu pozan əməllərə yol verilməsə, oruc düzgün sayılır. Orucu pozan əməllərə yatmaq aid deyil. Yəni oruclu şəxs gün ərzində nə qədər yatarsa eybi yoxdur. Hətta sübh azanını da yuxuda qarşılasa, amma bundan əvvəl oruc tutmağı niyyət etmişsə, yenə oruclu sayılır. Üstəlik, bəzi hədislərdə Peyğəmbərin belə buyurduğu bildirilir: “Oruc tutan adamın yuxusu da ibadət sayılar; bu şərtlə ki, öz müsəlman qardaşının arxasınca qeybət etməsin”. Həmçinin, İmam Cəfər Sadiq (ə) buyurub: “Oruc tutan şəxsin yuxusu ibadət, sükutu təsbihdir, əməli qəbul olunmuş, duası yerinə yetirilmişdir”.

islam.az