Orucov geri cəkildi

orucov-geri-cekildi
Oxunma sayı: 630

Ə. Orucov APA-ya açıqlamasında deyib ki, yanvarın 8-də İctimai Palatanın Koordinasiya Şurasına keçiriləcək seçkilərdə namizədliyini fərdi qaydada irəli sürsə də, AMİP Siyasi Şurası partiya üzvlərinə İctimai Palatada təmsil olunmağı qadağan etdiyindən iddiasına yenidən baxmaq məcburiyyətində qalıb: “Partiyada qəbul edilmiş qərarlara əməl edilməsi ənənəsini nəzərə alaraq, İctimai Palatanın Koordinasiya Şurasına keçiriləcək seçkilərə namizədliyimi geri götürürəm. Ümid edirəm ki, mənim bu məcburi xarakter daşıyan addımımı böyük sayğı göstərdiyim və dəyər verdiyim İctimai Palata üzvləri anlayışla qarşılayacaqlar”.

Ə. Orucov qeyd edib ki, AMİP Siyasi Şurasının məlum son qərarına tabe olmaqla və bu qərara şərh verməməklə yanaşı, partiya rəhbərliyinin mövqeyini anlaya bilmir: “Müxalifət düşərgəsində inteqrasiya və əməkdaşlıqla bağlı təşəbbüslər və səylər genişlənməkdədir. Amma AMİP-in aydın mövqeyi hələ də ortalıqda yoxdur. Partiya rəhbərliyinin əməkdaşlıqla bağlı bəyanatları və açıqlamaları onların fəaliyyətləri ilə ziddiyyət yaratmaqdadır. Qərarların qəbulunda geniş müzakirələrə imkan verilmir, narazı insanların səsi boğulur, şəffaflıq prinsiplərinə əməl olunmur. Daxili müzakirələrə şərait yaradılmır. Yaxşı, partiyanın sədri və baş katibinin istəyi nədir? Partiyanı hara aparırlar?”