“Oskar”lı rejissor vəfat etdi

oskarli-rejissor-vefat-etdi
Oxunma sayı: 647

“Quzuların səssizliyi” filminin “Oskar” mükafatlı rejissoru Conatan Demme dünyasını dəyişib.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, 74 yaşlı rejissor Nyu-Yorkda qida borusu xərçəngi və ürək-damar sistemi xəstəliyinin ağırlaşması nəticəsində vəfat edib. 

Qeyd edək ki, C. Demme 1992-ci ildə “Quzuların səssizliyi” filminə görə “Oskar”ı qazanıb.