Ov tüfəngi və qumbara götürüldü

ov-tufengi-ve-qumbara-goturuldu
Oxunma sayı: 646

Bakı sakinlərindən ov tüfəngi və qumbara götürülüb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Şamil Hüseynov "İJ-12" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Bundan başqa, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil Rzayevdən "RQD" markalı qumbara götürülüb.