“Öz adımı “Neftçi”də xərcləməmək üçün “yox” dedim”

oz-adimi-neftcide-xerclememek-ucun-yox-dedim
Oxunma sayı: 2614

“Neftçi” mənə təklif göndərdi. Onların prezidenti mənimlə əlaqə qurdu və danışdıq. Amma razılıq vermədim”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Sport24.az-a verdiyi açıqlamada Türkiyə “Kayserispor”unun baş məşqçisi postundan mayın 18-də istefa vermiş Marius Ninel Şumuditsa deyib. 

Rumıniyalı mütəxəssis “Neftçi”nin ona göndərdiyi təklifdən imtinasının səbəblərini bu cür izah edib: “Çünki Türkiyədən, Səudiyyə Ərəbistandan yaxşı təkliflərim var. Hazırda da Türkiyədə işləyən yeganə əcnəbi baş məşqçiyəm”. 

47 yaşlı mütəxəssis maddi məsələlərdə ortaq məxrəcə gələ bilmədiklərini dilə gətirməklə yanaşı, klub büdcəsinin də yetərli olmadığını söylədi: “Digər tərəfdən, onların büdcəsi çox aşağıdır. Bu büdcə ilə komanda yaratmaq çətindir. Azərbaycanda “Qarabağ” və “Qəbələ” kimi komandalar var. Onlara qarşı oynamaq üçün yaxşı oyunçular lazımdır. Həmin futbolçular aşağı büdcəyə gəlməyəcəklər. Mənim adım var və formalaşdırdığım imici Azərbaycanda xərcləmək istəmirəm. Avroliqada güclü komandalar olacaq. Onlara qarşı zəif heyətlə mübarizə aparmaq mümkün deyil. Digər tərəfdən illik məvacib də mənə sərf etmədi. Cəmi 300 min manat təklif edirlər. Bu da Türkiyədə qazandığımdan 2 dəfə aşağıdı. Büdcəni daha yuxarı qaldırmaq lazımdır. Öz adımı xərcləməmək üçün “Neftçi”yə “yox” dedim. Ancaq etiraf edim ki, ölkənizin ən köklü klubunun prezidenti məndə ən xoş hisslər yaratdı. Çox yaxşı insandı”.