“Özümüz danışıb, özümüz eşidirik?” - Deputatdan hökumət üzvlərinə etiraz

ozumuz-danisib-ozumuz-esidirik
Oxunma sayı: 1989

YAP-çı deputat Elman Məmmədov parlamentdə hökumət üzvlərini tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb parlamentin iclas zalında hökumət üzvlərinin iştirak etməməsi olub:

“Hökumət üzvləri elə küllü-külfətli yığışıb gediblər. Cəmi iki nəfər hökumət üzvü iclasdadır. Biz kimə danışırıq?! Belə çıxır ki, özümüz danışıb, özümüz eşidirik? Bu, düzgün münasibət deyil”.

Spiker Oqtay Əsədov isə deputala razılaşmayıb: “Hökumət üzvləri iki gündür ki, burdaydılar. İndi onlara aid məsələ müzakirə olunmadığına görə, icazə verdim, getdilər. Aidiyyəti qurumlar isə burdadırlar”.

  Günel Türksoy