“Özünü içkili kimi aparan Hüseyn Dərya yox, o xanım idi”- - Video

ozunu-ickili-kimi-aparan-huseyn-derya-yox-o-xanim-idi-
Oxunma sayı: 10840


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Showlife.Az-a açıqlamasında ATV-də yayımlanan "Düz üzünə" verilişinin aparıcısı İradə İsaq deyib.

O, reper Hüseyn Dəryanın verilişinə içkili halda çıxmasına da münasibət bildirib. İradə İsaq deyib ki, əgər Hüseyn Dərya içkili olsaydı, özü onu verilişdən uzaqlaşdırardı:

"Şükür ki, bütün veriliş montajsız halda məndədir. Bu xəbəri yayan jurnalistə demək istəyirəm ki, verilişdə özünüzü etik qaydalara və efir mədəniyyətinə uyğun aparmadınız. Montajda bacardığımız qədər sizin mədəniyyətsiz hərəkətlərinizi göstərməməyə çalışdıq. Amma əgər kartların açılmasını istəyirsizsə, mən etiraz etmirəm, gəlin açaq. Uduzan isə təbii ki, biz olmayacağıq".

İradə İsaq deyib ki, jurnalist Alovlu Ülviyyə özünü verilişdə çox qeyri-adi aparıb:

"Nəyə görə bu xanım bütün veriliş boyu bir dəfə də olsun qeyd etmədi ki, Hüseyn içkilidir? Hətta o, "siroy" kadrlarda belə o sözləri dilinə gətirməyib! Əslində özünü içkili adam kimi qeyri-etik formada jurnalist aparırdı, nəinki Hüseyn Dərya".

İradə İsaqın sözlərinə görə, lazım gələrsə, həmin görüntüləri efirə də verəcək. Hələlik isə "Youtube"yə yerləşdirməyi planlaşdırır.

Qeyd edək ki, bu gün yayımlanan xəbərdə verilişdə ekspret kimi iştirak edən Alovlu Ülviyyənin sözlərinə yer verilmişdi. O, qeyd etmişdi ki, Hüseyn Dərya verilişə içkili gəlib:

"Etiraf edirəm ki, dünən Hüseyn Dərya haqda baxdığınız, mənim də ekspert kimi iştirak etdiyim verilişə Hüseyn sərxoş halda gəlmişdi.

O qədər içmişdi ki, alkoqolun iyindən ona yaxın durmaq olmurdu.Odur ki, onun qeyri-adekvat hərəkətləri, ziyarətlərə-filana and içməkləri ciddi qəbul edilməməlidir. Və ümumiyyətlə, hesab edirəm ki, sərxoş insanları efirə buraxmaq olmaz".

Həmin görüntüləri bir daha təqdim edirik:

)