Papa Əbu-Dabiyə gedir - İlk dəfə

papa-ebu-dabiye-gedir
Oxunma sayı: 1363

Katolik dünyasının lideri Papa Fransisk 3-5 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində səfərdə olacaq.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, o, “Dinlərarası Dünya Dialoqu” adlı konfransda iştirak edəcək.

Papa bu səfərlə BƏƏ-ni ziyarət edən Katolik dünyasının ilk ruhani lideri olaraq da tarixə keçəcək.

Vatikan sözçüsü Qreq Burke verdiyi açıqlamada Papa Fransisin BƏƏ-yə səfəri zamanı bölgə və dünya üçün sülh mesajı verəcəyini vurğulayıb.