Papaq oğurlayan şəxsə hökm oxundu

papaq-ogurlayan-sexse-hokm-oxundu
Oxunma sayı: 643

Gün.Az-ın məlumatına görə, Rəşad İsmayılov Suraxanı rayonunun Bülbülə qəsəbəsində 333 saylı xətt avtobusunda Bakı şəhər sakini Arif Rüstəmovu bıçaqla hədələyərək papağını və 50 manat pulunu alıb.

Bundan başqa müəyyən edilib ki, Rəşad İsmayılov 2009-cu ilin dekabr ayında Sevinc Qarayevaya məxsus mobil telefonu oğurlayıb. İstintaq dövründə onun daha 10-dan çox quldurluq cinayəti törətməsi məlum olub.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Rəşad İsmayılov 8 il müddətinə azadlıqdan məhrum edilib.