Paralimpiya Komitəsində seçkilər keçirilib

paralimpiya-komitesinde-seckiler-kecirilib-
Oxunma sayı: 694

“Qafqazinfo” AzərTAc –a istinadən xəbər verir ki, konqresdə Milli Paralimpiya Komitəsinin 2009-2012-ci illər üzrə fəaliyyəti və Komitənin Nəzarət-Təftiş Komissiyasının hesabatları müzakirə olunub. Bundan başqa Milli Paralimpiya Komitəsinin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və Komitənin növbəti 4 il üçün (2013-2016-cı illər) strateji fəaliyyət planı dəyərləndirilib Sonda Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbər orqanlarına seçkilər keçirilib.

İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib. Natiq Qasımov Komitənin birinci vitse-prezidenti, Şaiq Həmidov vitse-prezident, Afiq Süleymanov isə Komitənin baş katibi vəzifəsinə seçilib.