Parisdə məktəblilər ayağa qalxdılar - Seçkilərə etiraz

parisde-mektebliler-ayaga-qalxdilar
Oxunma sayı: 654

Parisdə gənclər Fransa prezidentliyinə hər iki namizədin əleyhinə etiraz aksiyası keçirirlər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gənclər “Nə Marin, nə Makron, nə vətən, nə də sahib” şüarlarını səsləndiriblər. 

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turundan iki namizəd keçməyi bacarıb: eks-iqtisadiyyat naziri Emmanuel Makron və “Milli Front” partiyasının lideri Marin Le Pen. 

***

Polis məktəblilərin razılaşdırılmamış aksiyasının qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.