Park Bulvarda məktəbli geyimlərinin nümayişi olacaq

park-bulvarda-mektebli-geyimlerinin-numayisi-olacaq
Oxunma sayı: 633

Park Bulvar AVM-in PR meneceri Günay Malikqızının “Qafqazinfo”ya verdiyi məlumata görə, bu il Bakı şəhəri üzrə ilk dəfə 1-ci sinifdən 11-ci sinfədək bütün məktəblilər vahid forma geyinəcəklər: “Odur ki biz də belə tədbiri keçirməyi düşündük. Şagirdlər yeni formalarını özləri nümayiş etdirəcəklər. Bakı Baş Təhsil İdarəsi, Bakı Tikiş Evi, Valideyn Assosiasiyasının nümayəndələrinin də qatılacağı tədbirdə bütün suallara cavab tapmaq mümkün olacaq. Məktəblilər başqa məharətlərini də göstərəcəklər, mini konsert proqramı təşkil edəcəklər”.
Qeyd edək ki, tədbir sabah saat 11-də başlanacaq.
Nigar Məmmmədli