Paşinyan baş nazir seçilə biləcəkmi? - İclas başlayır

pasinyan-bas-nazir-secile-bilecekmi
Oxunma sayı: 1848

Bu gün Ermənistanda yenidən baş nazir seçkisi keçiriləcək.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunun üçün parlament saat 12:00-da iclasa hazırlaşır. Baş nazir postuna yeganə namizəd müxalif lider, parlamentin “Yelk” fraksiyasından  Nikol Paşinyandır. Deputatların mayın 1-də keçirilmiş iclasında Paşinyan lazımi 53 səsdən 45-ni toplayaraq hökumətin başına keçə bilməmişdi.

Bu gün də Nazirlər Kabinetinin rəhbəri seçilməzsə, qanunverici orqan avtomatik olaraq buraxılacaq.

Nuranə