Paytaxtda bayram şənlikləri davam edir - Fotolar

paytaxtda-bayram-senlikleri-davam-edir
Oxunma sayı: 792

Bakı Şəhər İcra Hakimiyyətinın təşkilatçılığı ilə Novruz bayramı ilə əlaqədar paytaxtda müxtəlif kütləvi tədbirlər və konsert proqramları təşkil olunur.

“Qafqazinfo” xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq paytaxtın rayonlarında əsas meydanlardan əlavə olaraq bir çox qəsəbə və yaşayış məntəqələrində, məhəllələrdə də bayram tədbirləri keçirilir.

Paytaxtda təşkil edilmiş Novruz bayramı tədbirləri çərçivəsində mərkəz ərazilərdə keçirilən kütləvi tədbir və konsert proqramları gündəlik davam edir, paytaxt rayonlarında isə tədbirlər qrafikə uyğun təşkil edilir.

Tədbirlər çərçivəsində bayram şənlikləri və konsertlər Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi 19, 21, 23, 25 ünvanlarındakı məhəllədə və Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 49, 51, 53 ünvanlarındakı həyətlərdə təşkil olunub. Bayram tədbirlərində tanınmış incəsənət ustaları ilə yanaşı, mədəniyyət ocaqlarının bədii kollektivləri adət-ənənələrimizi, qədim el sənətlərini nümayiş etdirib, rəngarəng konsert proqramı ilə çıxış edib, pəhləvanlar isə öz məharətlərini  göstəriblər.

Bayram tədbirləri paytaxtın digər məhəllələrində də keçiriləcək.