Paytaxtda ev yanıb

paytaxtda-ev-yanib
Oxunma sayı: 1347

Bakıda yanğın hadisəsi baş verib.
 
“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları (ev əşyaları ilə birlikdə) və həyətyanı sahədə 200 m² quru ot yanıb.
 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.